Bakı. Trend:
Türkiyənin "Fənərbağça" klubu yeni futbolçu ilə anlaşıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, İstanbul nəhəngi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan çıxış edən Oqnyen Mimoviçlə razılığa gəlib.
Brayt Osayi-Samuel ilə yeni müqavilə imzalaya bilməyən Superliqa təmsilçisi serbiyalı müdafiəçini heyətinə qatmağa hazırlaşır.
Qeyd edək ki, Serbiya klubu ilə 2029-cu ilin yayınadək müqaviləsi olan gənc futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.