...

Avropa İttifaqının “müşahidəçilər"inin Ermənistanda fəaliyyətinin müddəti uzadılıb

Dünya xəbərləri Materials 29 Yanvar 2025 20:07 (UTC +04:00)
Avropa İttifaqının “müşahidəçilər"inin Ermənistanda fəaliyyətinin müddəti uzadılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Ermənistandakı "müşahidəçilər"inin bu ölkədə fəaliyyətinin müddəti 2027-ci il fevralın 19-dək uzadılıb.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı qərarı Avropa İttifaqının Brüsseldəki səfirləri qəbul edib.

Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni əməkdaş.

Bu qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti