Bakı. Trend:
Dubay-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Xəzər dənizi üzərində həyəcan siqnalı verib.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, həyəcan siqnalı verilən təyyarə DP992 reysini həyata keçirən "Boeing" təyyarəsidir.
Qeyd edilib ki, həmin təyyarə bir müddətdən sonra Həştərxan şəhərinin hava limanında eniş edib.