...

Bob Menendez 11 il müddətinə azadlıqdan məhrum edilib

Dünya xəbərləri Materials 30 Yanvar 2025 00:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Erməni lobbisi ilə yaxın əlaqələri olan keçmiş ABŞ senatoru Bob Menendez Misir və Nyu-Cersi iş adamlarına siyasi xidmətlər müqabilində qızıl külçələr də daxil olmaqla rüşvət aldığı üçün 11 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, bu barədə Manhettendə federal məhkəmə qərar verib.

Məhkəmə Menendezi bütün maddələr üzrə təqsirli bilib.

Menendezin aldığı rüşvətlər arasında nağd pul, qızıl külçələr və Mercedes-Benz avtomobili də var idi.

Xəbər lenti

Xəbər lenti