...

İşğaldan azad edilən torpaqlar iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır - Ceyhun Bayramov

Siyasət Materials 29 Yanvar 2025 15:22 (UTC +04:00)
İşğaldan azad edilən torpaqlar iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, torpaqların işğaldan azad edilməsi daha geniş coğrafiyada iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Məhz həmin bölgə vasitəsilə Şərq-Qərb Orta Dəhlizinin yeni arteriyasının salınması hazırda həyata keçirilir. Bunun çox böyük perspektivini görürük", - deyə C.Bayramov bildirib.

C.Bayramov əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin tamamlanmasının böyük önəmi var.

"Ancaq hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı qalan ərazi iddiaları, revanşist meylləri narahatlıq doğurur. Azərbaycan bu istiqamətdə öz konstruktiv səylərini davam etdirəcək",- deyə nazir vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti