...

Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb

Siyasət Materials 29 Yanvar 2025 14:57 (UTC +04:00)
Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə xariic işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, görüşdə müzakirə edilən mövzulardan biri də ticarətdəki əngəllərin mərhələli şəkildə aradan qaldırılması idi.

"Görüşün sonunda üç ölkə arasında Ankara Bəyannaməsi imzalanadı. Bu Bəyannamə ilə ticarət, investisiya, logistika sahəsində atılacaq addımları təsdiqlədik. İnfrastruktur layihələrinin sürətləndirilməsinə qərar verdik. Sözügedən bəyannamə ilə qarşıdakı illərdə izləyəcəyimiz yol xəritəsini aydınlaşdırdıq",- deyə H.Fidan əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti