Bakı.Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyasının xarici dövlətlərə yardımın müvəqqəti dayandırılmasına dair qərarı Vaşinqtonun Ukraynaya hərbi və iqtisadi dəstəyinin dondurulması ilə nəticələnib.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
“Görünən odur ki, Trampın fərmanı ABŞ-nin Ukraynaya xarici hərbi maliyyə yardımını, həmçinin birbaşa ikitərəfli iqtisadi yardımını dayandırır”,- məlumatda vurğulanıb.
Qeyd edilir ki, Trampın fərmanı ilk növbədə ABŞ-nin beynəlxalq inkişaf Agentliyinin (USAID) xarici proqramlarının maliyyələşməsinə təsir göstərib.
USAID 24 fevral 2022-ci ildən bəri Ukraynaya $7.6 milyard dollardan çox məbləğdə yardım göndərib.
Xatırladaq ki, yanvarın 25-də ABŞ-nin dövlət katibi Marko Rubio xarici ölkələrə maliyyə yardımının göstərilməsi ilə bağlı əksər proqramların fəaliyyətinin dayandırılmasına göstəriş verib. Ondan əvvəl isə Ağ Ev rəhbəri Donald Tramp oxşar məzmunlu fərman imzalayıb.