Bakı. Trend:
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrail hakimiyyətinin qadağasına baxmayaraq, fələstinlilərə yardımı davam etdirməyə ümid edir.
Trend-in məlumatına görə, bu barədə UNRWA-nın baş komissarı Filip Lazzarini deyib.
"UNRWA qalmaq və yardımı davam etdirmək niyyətindədir". - deyə o qeyd edib.
Onun sözlərinə görə, "UNRWA ləğv edilərsə, fələstinli qaçqınlar öz statuslarını saxlayacaqlar".
"[Fələstinlilərə] yardımın gecikməsinə səbəb HƏMAS-ın olması ilə bağlı ittihamları eşidirik, lakin bu doğru deyil", - deyə F.Lazzarini bildirib.