...

Bolu otelindəki yanğınla bağlı 28 nəfər saxlanılıb - Ərdoğan

Dünya xəbərləri Materials 29 Yanvar 2025 14:44 (UTC +04:00)
Bolu otelindəki yanğınla bağlı 28 nəfər saxlanılıb - Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boluda (Türkiyə) yerləşən dağ-xizək kurortunun otelində baş vermiş yanğınla əlaqədar 28 nəfər saxlanılıb.

Trend Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat səsləndirib.

“Faciənin hərtərəfli şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması üçün biz zəruri məhkəmə araşdırmalarının başlanılmasını təmin etmişik. Səkkiz baş müstəntiq istintaqı diqqətli şəkildə davam etdirir”, - deyə Türkiyəli lider bildirib.

Ərdoğanın sözlərinə görə, saxlanılanlardan 19 nəfər, o cümlədən, otelin sahibi və işlər müdiri barəsində həbs qətimkan tədbiri seçilib və onlar həbs olunublar. Türkiyəli prezident bildirib ki, otelin administrasiyası bu risklərə hazır olmayıb və yanğın ehtimalını nəzərə almayıb.

Qeyd edək ki, Yanvarın 21-də “Kartalkaya” kurortunun otelində baş vermiş yanğın zamanı binada 237 nəfər olub. Onlarından 78 nəfəri həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti