...

Fransanın hərbi iştirakı Afrika ölkələrinin suverenliyini və müstəqilliyini sarsıdır - Malavili ekspert

Siyasət Materials 29 Yanvar 2025 11:05 (UTC +04:00)
Fransanın hərbi iştirakı Afrika ölkələrinin suverenliyini və müstəqilliyini sarsıdır - Malavili ekspert
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın hərbi iştirakı Afrika ölkələrinin suverenliyini və müstəqilliyini sarsıdır.

Bu haqda Malavi Universitetinin politologiya və dövlət idarəçilik kafedrasından olan ekspert Qift Sambo Trend-ə danışıb.

"Qlobal olaraq Fransa özünü azadlıq müdafiəçisi kimi qələmə verir. Paris insanın müqəddəslik prioritetini vurğulayaraq humanitar yardıma, sülh təşəbbüslərinə və humanizm dəyərlərinin inkişafına əhəmiyyətli töhvələr verir. Məsələ Fransanın Afrikadakı keçmiş müstəmləkələri ilə olan münasibətlərinə gələndə, mənzərə əhəmiyyətli dərəcədə qəlizləşir.

Fransa Afrika dövlətləri ilə münasibətlərini belə deyək “sıfır məbləğli oyun” çərçivəsində qurur, yəni ilk növbədə Fransa öz xeyrini güdür”, -deyə Sambo bildirib.

Malavidən olan ekspert qeyd edir ki, buna rəğmən fransız şirkətləri ölkənin mineral resurslarını sömürməyə davam edir və Afrika dövlətlərini iqtisadi asılılıq vəziyyətində saxlayır.

“Nəticədə, bu kimi praktikalar yoxsulluğun daha da dərinləşməsinə yol açıb ki, bu da həm elita həm də sıravi vətəndaşlar arasında sosial narazılığı artırmış olub. Bu siyasi qeyri-sabitlik üçün, həmçinin bir sıra Afrika ölkələrində hərbi rejimlərin yüksəlişi üçün zəmin yaradıb. Fransanın bu ölkələrdəki təsiri çox vaxt basqı kimi qəbul olunur, psixoloji iradəsizliyə səbəb olur və mənfi asılılıqları möhkəmləndirir”, – deyə Gift Sambo vurğulayıb.

O qeyd edib ki, Fransa ordusu hələ də keçmiş müstəmləkələrin ərazisində qalmaqda davam edir və bunu terrorizmlə mübarizə adı altında həyata keçirir ki, bu da həmin ölkələrin suverenliyini və müstəqilliyini sarsıdır.

“Bu ölkələrin əhaliləri mövcud siyasi sistemlərin müstəmləkəçi keçmişin güclü təsiri altında qaldığını çox yaxşı bilir. Belə bir vəziyyət ona gətirib ki, Afrikanın siyasi elitaları əməkdaşlıq üçün yeni iqtisadi və siyasi blokların axtarışına çıxıb və fransız manipulyasiyalarına kontr-balans olaraq başqa beynəxlalq tərəfdaşlara yaxınlaşmağa can atır”, -deyə ekspert bildirib.

Sambonun fikrincə, Fransa Afrika ölkələrinə olan yanaşmasını təkrar nəzərdən keçirməlidir.

“İlk növbədə Paris müstəmləkəçi-nəzarət siyasətindən uzaqlaşıb, Afrika ölkələrini inkişaf prosesinin bərabər iştirakçıları kimi qəbul edəcəyi bir tərəfdaşlığa və əməkdaşlığa keçməlidir. Buna inkişaf siyasətində keçmiş müstəmləkələrə daha geniş muxtariyyətin verilməsi ilə nail olmaq olar. İkinci vacib istiqamət – Fransanın bu ölkələrdəki hərbi iştirakının tədricən minimum səviyyəyə çatdırılması olmalıdır. Belə bir addım qarşılıqlı etibara və Fransanın keçmiş müstəmləkələri ilə yeni, daha bərabərhüquqlu münasibətlər qurmasına yol aça bilər”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti