Bakı. Trend:
Türkiyə, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığı gücləndirmək üçün Yol Xəritəsi hazırlanacaq.
Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Türk dünyası ölkələri arasında ticari əməkdaşlığın inkişafına xüsusi diqqət ayrılır.
"Regionda baş verən münaqişələr qlobal sistemin əsas sütunlarını sarsıtdı.Bütün bu sınaqlar Asiya və Avropa arasındakı ticarəttə Orta Asiyanın, Xəzər dənizinin, Qafqazın və Türkiyənin yəni Orta Dəhlizin ən etibarlı və iqtisadi marşrutu təklif etidiyini ortaya çıxarır", - deyə o əlavə edib.
H.Fidan sanksiyaların yaratdığı enerji böhranının Orta Asiya və Qafqazın geostrateji əhəmiyyətini artırdığını və Türkiyənin enerji mərkəzi kimi daha da önə çıxdığını vurğuladı.