...

Bahar Muradova aliment fondunun yaradılması ilə bağlı məsələyə aydınlıq gətirib

Cəmiyyət Materials 29 Yanvar 2025 12:33 (UTC +04:00)
Bahar Muradova aliment fondunun yaradılması ilə bağlı məsələyə aydınlıq gətirib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hər hansı yeni bir qurumun yaradılması geniş müzakirələr, təhlillər və hesablamalar nəticəsində mümkün olur.

Trend xəbər verir ki, bu barədə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 23 sayli Nesimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində bələdiyyə seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, alimentlə bağlı problemlər var və Dövlət Komitəsidə bu məsələnin həllinin vacibliyini vurğulayır.

"Milli Məclisə illik hesabat təqdim edərkən tövsiyyə olunan məsələlərdən biri də aliment fondudur. Bunun üzərində işlər davam edir. Hesab edirəm ki, fond problemləri həll etmək gücündə olmalıdır. Şəffaf, rahat, nəticəsi olan bir fəaliyyət göstərməlidir.

Hazırda bununla bağlı təhlillər aparılır ki, bu fonda nə qədər ehtiyac var, bu ehtiyacları nəzərə almaq üçün hansı imkanları nəzərə almaq lazımdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti