...

Türkiyədə İŞİD-ə qarşı irimiqyaslı əməliyyat keçirilib: 100 nəfər həbs olunub

Dünya xəbərləri Materials 28 Yanvar 2025 10:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 24 vilayətində İŞİD terror qruplaşmasına qarşı polis və təhlükəsizlik xidmətinin irimiqyaslı birgə əməliyyatı keçirilib.

Trend xəbər verir ki, bu haqda “Haber7” Türkiyə DİN-ə istinadən məlumat yayıb.

Bildirilib ki, 1 həftə davam edən “GÜRZ-41” və “GÜRZ-42” adlı əməliyyatlarda ümumilikdə terrorçu qruplaşma ilə əlaqələrdə şübhəli bilinən 100 nəfər saxlanılıb.

"Biz Polis, Jandarma və Kəşfiyyat orqanlarımızın birgə əməkdaşlığı çərçivəsində “terroru öz mənbəyində məhv etmə” strategiyamızla, bütün terror ocaqlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk."- deyə DİN rəhbəri Əli Yerlikaya sosial şəbəkə hesabında yazıb.

Xəbər lenti

Xəbər lenti