...

Nyu Yorkda miqrantlara qarşı kütləvi reydlər başlayıb

Dünya xəbərləri Materials 28 Yanvar 2025 21:54 (UTC +04:00)
Nyu Yorkda miqrantlara qarşı kütləvi reydlər başlayıb

Bakı. Trend:

ABŞ federal hakimiyyət orqanları Nyu-Yorkda qeyri-qanuni mühacirlərə qarşı ilk genişmiqyaslı reydlərə başlayıblar.

Trend-in məlumatına görə, bu barədə "The New York Post" (NYPost) qəzeti İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin rəsmilərinin bəyanatına istinadən xəbər verib.

Məlumata əsasən, əməliyyatlar yanvarın 28-nə keçən gecə 200-dən çox insanın saxlanıldığı Kvins və Bruklin rayonlarında başlayıb.

Reydlər ABŞ prezidenti Donald Trampın sərt deportasiya siyasətinin bərpası ilə bağlı seçki kampaniyası zamanı verdiyi sözundən sonra baş tutub. Mənbələrin bildirdiyinə görə, həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir. "Məqsəd qeyri-qanuni mühacirlərlə əlaqəli cinayətkar qrupların fəaliyyətini dayandırmaqdır", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti