Bakı.Trend:
ABŞ-nin Gömrük və Sərhəd-Nəzarət Xidməti qanunsuz mühacirlərə qarşı keçirdikləri reydlərdə bir gün ərzində təxminən 1200 nəfəri saxlayıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər miqrasiya orqanlarından olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Gömrük və Sərhəd-Nəzarət Xidmətinin (ICE) əməkdaşları təkcə ötən bazar 1179 nəfəri saxlayıb ki, bu da qurumun “X” platformasında dərc etdiyi göstəricilərdən daha çoxdur (956 nəfər).
Qeyd edilir ki, onların 52%-i (613 nəfər) cinayət törətməklə əlaqədar həbs olunub. Qalanları isə ümumiyyətlə hər hansı zorakı cinayət törədməyənlər və ya sərhədi qanunsuz yolla keçməkdən başqa heç bir qanun pozuntusuna yol verməyiblər.
Bundan başqa bir müddət öncə “The Washington Post” Tramp administrasiyasının miqrasiya orqanlarına saxlanılan qanunsuz miqrantların sayını günə 1200-1500 nəfərə çatdırmaqla bağlı göstəriş verdiyi ilə bağlı məlumat yaymışdı.