Bakı. Trend:
Bələdiyyə seçkilərində 24 siyasi partiyanın iştirakı gözlənilir.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, namizədlərdən 8 424-ü partiyaların nümayəndələridir:
“Partiyaların iştirakı bütün son seçkilərdə özünü yüksək səviyyədə göstərib. Namizədlərin yarıdan çoxunu partiyalar irəli sürüblər. Fərdi qaydada namizədliyini irəli sürənlərin də sayı çoxdur. Bu da ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır”, - o bildirib.
Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 92 namizəd mübarizə aparır.