...

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Cəmiyyət Materials 28 Yanvar 2025 17:40 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il yanvarın 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb, bununla bağlı fikir mübadiləsi aparılıb.

İclasda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin və Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının tərkibi formalaşdırılıb. Eyni zamanda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti