...

Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan şəxslər yeməkdən imtina etdikdə görüləcək tədbirlər müəyyənləşib

Siyasət Materials 28 Yanvar 2025 16:56 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan şəxslər yeməkdən imtina etdikdə görüləcək tədbirlər müəyyənləşib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs yeməkdən imtina etdikdə, Mərkəzin rəisi və ya onu əvəz edən şəxs, həkimin iştirakı ilə bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, Mərkəzin rəisi Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün dərhal tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq izah verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəz rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılır və ona həkim nəzarəti təyin edilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə saxlanılma rejiminin öhdəliklərindən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə bu barədə müvafiq qeyd aparılmaqla gündə üç dəfə yemək verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə, yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqdə qeyd olunur və həmin vərəq əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə edilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə, həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə Mərkəzdə saxlanılan yeməkdən imtina edən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburi qaydada qidalandırılması həyata keçirilir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yemək qəbulundan imtina etməsi onun digər Mərkəzlərə göndərilməsinə mane olmur. Mərkəzdə saxlanılan yemək qəbulundan imtina edən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin digər Mərkəzlərə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti