...

Lüksemburq AŞPA ilə Azərbaycan arasında dialoqun bərpasına çağırıb

Siyasət Materials 28 Yanvar 2025 16:02 (UTC +04:00)
Lüksemburq AŞPA ilə Azərbaycan arasında dialoqun bərpasına çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lüksemburqun xarici işlər və ticarət naziri Ksavye Bettel Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində fəaliyyətinin bərpasını alqışlayıb.

Trend xəbər verir ki, bunu Ksavye Bettel AŞPA-nın qış sessiyasında çıxışı zamanı deyib.

"Azərbaycana gəlincə, Nazirlər Komitəsi Assambleyanın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi barədə qərarından sonra icrası dayandırılmış Fəaliyyət Planı çərçivəsində əməkdaşlığın bərpasını məmnunluqla qeyd edib. Biz dialoq platforması olmağa davam etməliyik və ümid edirik ki, yaxın gələcəkdə əlaqələri bərpa etmək üçün ortaq məxrəcələr tapılacaq", - o bildirib.

Xatırladaq ki, 2024-cü il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası Azərbaycan Respublikasının nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib.

AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti