Bakı. Trend:
“Diaspor Akademiyası-2” layihəsinin növbəti 8-ci təlimi baş tutub. Təlim “Diasporun informasiya strategiyası, media kanallara çıxış taktikaları” adlı mövzuya həsr edilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara “İnformasiya strategiyası nədir?”, “Məqsəd və vəzifələri”, “Diasporun istifadə edə biləcəkləri media kanalları” və s. məsələlər barədə məlumat verib.
İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.