...

Sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarına vergi güzəştləri verilib

İqtisadiyyat Materials 28 Yanvar 2025 10:15 (UTC +04:00)
Sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarına vergi güzəştləri verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Məlum olduğu kimi, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və sənaye sahələrinin inkişaf etdirilməsində mühüm istiqamətlərdən biri də Azərbaycanın ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, Vergi Məcəlləsinə son dəyişikliklərdə həmin məhəllələrin inkişafının dəstəklənməsi məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dövlət tərəfindən yaradılan sənaye məhəllələrinin ərazisində istifadə etdikləri torpaq sahələrinə və həmin ərazidə yerləşən əmlaklarına görə idarəedici təşkilatlar və operatorlar torpaq və əmlak vergilərindən azad olunublar. Bu güzəştlər sənaye parkları üzrə idarəedici təşkilatlara və operatorlara münasibətdə müəyyənləşdirilmiş stimullaşdırıcı tədbirlərlə eynilik təşkil edir.

Qeyd olunub ki, əmlak və torpaq vergiləri üzrə güzəştlər sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarının maliyyə dayanıqlılığına müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti