...

"La Gazette du Caucase" Fransız müstəmləkəçiliyi ilə mübarizədə Bakı Təşəbbüs Qrupunun səylərini yüksək qiymətləndirib

Cəmiyyət Materials 28 Yanvar 2025 18:18 (UTC +04:00)
"La Gazette du Caucase" Fransız müstəmləkəçiliyi ilə mübarizədə Bakı Təşəbbüs Qrupunun səylərini yüksək qiymətləndirib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

21 yanvar 2025-ci il tarixində Azərbaycanda Bakı Təşəbbüs Qrupunun indiyə kimi Fransız hökmranlığının fəsadlarından əziyyət çəkən Hind okeanı adası - Reyunyonun müstəmləkə irsinə həsr olunmuş vacib iclası keçirilib.Tədbirdə müstəmləkə siyasətinin aktual nəticələrini təhlil etmək və dekolonizasiya məsələlərində beynəlxalq dialoqu təşviq etmək üçün platforma təqdim edilib.

“Bu inzibati status (1946-cı ildən bəri fransız departamentinin statusu) formal olaraq müstəmləkə idarəçiliyinə son qoysa da, adanın hələ də fransız metropoliyasının diktatına tabe olan adanın köklü sakinlərinin vəziyyətini heç də dəyişməyib”, - fransız “La Gazetted du Caucase” onlayn nəşrinin məqaləsində qeyd olunur.

Materialda vurğulanır ki, Fransa ilə formal inteqrasiyanın olmasına rəğmən, adanın siyasi, sosial və iqtisadi strukturları indiyə kimi müstəmləkəçi düşüncə tərzindən qurtulmayıb.

“Reyunyon: işğal şəraitində cənnət” mövzusuna həsr olunmuş konfrans çərçivəsində Fransanın müstəmləkəçilik praktikasının həm müasir, həm də tarixi aspektləri nəzərdən keçirilib. Reyunyondan olan fəallar sistematik qeyri-bərabərlik, o cümlədən iqtisadi asılılıq, mülkiyyət hüququnda bərabərsizlik və mədəni marginallaşdırma kimi problemlərin aktuallığına diqqət çəkib.

“La Gazette du Caucase” qeyd edir ki, “İqtisadi asılılıq ən vacib problem olaraq qalmaqdadır. Adanın idxaldan güclü asılılığı var ki, bu da paytaxt müəssisələrinin xeyrindədir və yerli sənayeni marginallaşdırır”.

Tədbirdə eyni zamanda müstəmləkəçiliyin daha geniş fəsadlarından söz açılıb. Fransanın digər dəniz aşırı ərazilərindən olan nümayəndələr oxşar problemləri bölüşdüklərini təsdiq edərək, bu kimi halların “tək-tük hal” olmadığını, daha geniş sistematik xarakter daşıdığını diqqətə çatdırıb.

“La Gazette du Caucase” yazır ki, 1963-1982-ci illərdə Reyunyonda qadınların icbari qaydada sterilləşdirilməsi və minlərlə uşağı adadan materikə deportasiyası müstəmləkəçi zorakılığın baris nümunəsidir.

“Həmin uşaqlar onlara daha yaxşı şəraitin yaradılacağı bəhanəsi ilə ailələrindən alınırdı, bununla belə onlar tez-tez zorakı şərtlərlə və istismarla üz-üzə qalırdılar”, - məqalədə bildirilir.

Nəşrdə həmçinin, Fransanın müstəmləkə təcrübəsi ilə ilə erməni-azərbaycanlı münaqişəsi arasında paralellər aparılır. “La Gazette du Caucase” vurğulayır ki, Azərbaycanın müstəmləkə problemlərinə diqqəti Fransanın Qarabağda erməni separatçılarına verdiyi dəstəklə izah olunur.

Məqalə müəllifləri yazır: "Ermənistan 1993-cü ildə Azərbaycanın Qarabağ və ətraf rayonlarına daxil olub... Bu klassik müstəmləkəçi taktikasını əks etdirir: torpaqlar zəbt olunur, onun üzərində hüquqlar elan edilir, yerli əhali və mədəniyyət bir başqası ilə əvəz edilir”.

Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov oxşar ədalətisizliklə mübarizədə təşkilatın əsas missiyasını təsdiqləyib. O qeyd edib ki, Qrup Birləşmiş Millətlər Təşkilatının dekolonizasiyaya qarşı proqramına uyğun şəkildə, "amma daha effektiv" fəaliyyət göstərir, belə ki, müstəmləkəçi dövlətlər ona veto qoymurlar.

Konfrans təkcə Reyunyonun ağır vəziyyətini işıqlandırmayıb, həm də Azərbaycanın dekolonizasiya üzrə qlobal səylərin tərəfdarı kimi rolunu vurğulayıb. Öz müqəddəratını təyin etmə və tarixi ədalət kimi mövzuları müzakirə edərək Azərbaycan kolonial və neo-kolonial hakimiyyətdən azad olmaq uğrunda mübarizə aparanlara dəstək göstərməyə sadiqliyini təsdiqləyib.

“La Gazette du Caucase” məqalənin sonunda “Reyunyon xalqının öz azadlığını qaytarması üçün səfərbər olunduğunu qeyd edir. Bakı təşəbbüs qrupu belə bir mübarizə baxımından həyati vacib bir platformadır və dekolonizasiya uğrunda qlobal hərəkatların qarşılıqlı-əlaqəsini əks etdirir.

Xəbər lenti

Xəbər lenti