...

Qazaxıstanın emal sənayesində son on ilin ən yüksək artım tempi müşahidə olunur - Tokayev

İqtisadiyyat Materials 28 Yanvar 2025 13:13 (UTC +04:00)
Qazaxıstanın emal sənayesində son on ilin ən yüksək artım tempi müşahidə olunur - Tokayev
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana: Trend:

Qazaxıstanın emal sənayesində son on ilin ən yüksək artım tempi müşahidə olunur.

Trend xəbər verib ki, bu barədə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev geniştərkibli hökumət iclasında çıxışı zamanı deyib.

“Ötən il emal sənayesində ümumilikdə 1.3 trilyon təngə (2.5 milyard dollar) məbləğində 180 investisiya layihəsi gerçəkləşdirilib. Nəticədə sektordakı artım təxminən 6 faiz təşkil edib ki, bu son 10 ilin ən yüksək göstəricisidir. Bu müsbət tendensiyanı möhkəmləndirmək və davamlı olmasını təmin etmək lazımdır”, - deyə o bildirib.

Tokayev BMT hesablamalarına görə iqtisadiyyatda investisiyanın cəlb edilməsi baxımından Qazaxıstanın yüksək nəticələrə nail olduğunu diqqətə çatdırıb.

“Qərargahın fəaliyyəti bir sıra bürokratik əngəllərin və hüququ kolliziyaların aradan qaldırılması hesabına ayrı-ayrı layihələrin həyata keçirilməsini sürətləndirib. Amma əsas məqsəd, yalnız "nöqtəvi problemləri" həll etmək deyil, ilk növbədə ölkədə investisiya mühitini sistemli şəkildə yaxşılaşdırmaqdır.

İnvestisiya layihələrinin hazırlanması prosesində hələ də idarələrarası əlaqələndirmələrə çoxlu vaxt sərf olunur. Hökumət daha operativ işləməli, artıq bürokratiyadan xilas olmalıdır. Uzun çəkən razılaşdırma və qərar qəbuletmə prosedurları dövlət qulluqçularının üzərlərinə məsuliyyət götürmək istəməməsi və ya qorxması ilə bağlıdır. Bu barədə açıq danışmaq lazımdır," - dövlət başçısı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti