Bakı. Trend:
“İndra Turkey Teknolojileri Çözümleri Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, mənzil 2-ci mərtəbə Dentons Europe ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2015-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Brovtsin Qoriaşko Sergey adlı şəxsdir.