...

Sabah Azərbaycanda qeyri-iş günüdür

Cəmiyyət Materials 28 Yanvar 2025 12:06 (UTC +04:00)
Sabah Azərbaycanda qeyri-iş günüdür
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Azərbaycanda qeyri-iş günüdür.

Trend xəbər verir ki, yanvarın 29-da ölkədə bələdiyyə seçkiləri keçiriləcək.

Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti