...

ADY-da təmassız ödənişlərin sayı artıb

İqtisadiyyat Materials 28 Yanvar 2025 13:53 (UTC +04:00)
ADY-da təmassız ödənişlərin sayı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron dairəvi marşrutu üzrə vağzal və stansiyalarda təmassız ödənişlər "ADY Mobile" tətbiqi, ADY kartları və ya NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

NFC ödənişləri üzrə illik göstəricilər aşağıdakılardır:

2021-ci il: aylıq orta istifadə sayı - 6 000
2022-ci il: aylıq orta istifadə sayı - 49 726
2023-cü il: aylıq orta istifadə sayı - 110 670
2024-cü il: aylıq orta istifadə sayı - 210 060

Qeyd edilir ki, 2023-cü illə müqayisədə NFC ödənişlərinin sayında 85% artım müşahidə olunub.

Həmçinin ADY 2024-cü ildə bu marşrut xətti üzrə loyallıq proqramını tətbiq edərək sərnişinlərə yeni imkanlar yaradıb. Artıq “ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 mini ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti