Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinə ötən il xərclənən vəsaitin həcmi açıqlanıb.
Trend xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin "2024-cü il üzrə Azərbaycan Respublikasının icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat"ında bildirilib.
"2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4855,8 milyon manat (təxminən 5,85 milyad manat) vəsaitin 99,4 faizi və ya 4828,5 milyon manatı (təxminən 4,83 milyard manat) sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2771,1 milyon manatı (təxminən 2,8 milyard manat) istifadə olunmuşdur", - deyə məlumatda bildirilib.