Bakı. Trend:
Ötən il Azərbaycan 368,9 milyon ABŞ dolları dəyərində 393,3 min ton plastik material və onlardan hazırlanan məmulatlar ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə dəyər ifadəsində 91,9 milyon ABŞ dolları və ya 19,9%, həcm ifadəsində isə 105 min ton və ya 21,1% azdır.
Ötən il sözügedən məmulatların ixracı ölkənin ümumi ixracında 1,39%, qeyri-neft sektoru üzrə ixracında isə 10,99% paya sahib olub.
Eyni zamanda 2024-cü il ərzində Azərbayacanda 533,2 milyon ABŞ dolları dəyərində 294,5 min ton plastik material və onlardan hazırlanan məmulatlar idxal edilib ki, bu da 2023-cü ildəki göstəricilərlə müqayisədə dəyər ifadəsində 9,7 milyon ABŞ dolları və ya 1,9%, həcm ifadəsində isə 6,6 min ton və ya 2,3% çoxdur.
Qeyd edək ki, ötən il sözügedən məmulatların idxalı ölkənin ümumi idxalının 2,53%-ni təşkil edib.