...

Azərbaycan ilə Yaponiya sığorta sahəsində əməkdaşlığı müzakirə edib

İqtisadiyyat Materials 28 Yanvar 2025 15:16 (UTC +04:00)
Azərbaycan ilə Yaponiya sığorta sahəsində əməkdaşlığı müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Yaponiya sığorta sahəsində gələcək əməkdaşlıqlar üçün müzakirələr aparıblar.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Trend-ə verilən məlumata görə, bu, ASA-nın təşəbbüsü və təşkilatçılığı ilə həyat və qeyri-həyat sığorta şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində səfəri çərçivəsində baş tutub.

Məlumata əsasən, səfərin başlıca məqsədi Yaponiyanın qabaqcıl sığorta şirkətlərində tətbiq olunan innovativ texnologiyalar, rəqəmsallaşma həlləri və süni intellektin sığorta sahəsindəki tətbiqlərini öyrənməkdən ibarət olub.

Bildirilib ki, səfər çərçivəsində yerli nümayəndə heyəti “Ichinen Holdings Ltd”, “PricewaterhouseCoopers (PwC)”, “Aioi Nissay Dowa Insurance Co., Ltd”, “SOMPO Holdings Inc.”, “Dai-ichi Life Insurance Company” və “The TOA Reinsurance Company” kimi nüfuzlu şirkətlər ilə görüşlər keçirib.

Qeyd olunub ki, görüşlərdə yerli sığortaçılar Yaponiyanın sığorta sahəsindəki qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, gələcək əməkdaşlıqlar üçün əhəmiyyətli müzakirələr aparıblar.

Həmçinin vurğulanıb ki, səfər çərçivəsində ASA-nın da üzv olduğu Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının (GFIA) İdarə Heyətinin üzvü olan Yaponiya Həyat Sığorta Şirkətləri Assosiasiyasının rəhbəri Toyonari Sasaki və Assosiasiya üzvləri ilə də işgüzar görüş keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti