Çin qızıl ehtiyatlarını rekord həddə çatdırıb

Dünya xəbərləri Materials 28 Yanvar 2025 08:54 (UTC +04:00)
Çin qızıl ehtiyatlarını rekord həddə çatdırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin, 2024-cü ildə qızıl ehtiyatlarını 44,17 ton artıraraq 2279,57 tona yüksəldib və bu göstərici rekord səviyyəyə çatıb.

Trend xəbər verir ki, Çin Qızıl Assosiasiyasının (ÇQA) məlumatına əsasən, Çin qızıl ehtiyatlarına görə dünyada altıncı yeri tutur.

Bununla yanaşı, 2024-cü ildə ölkədə qızıl istehlakı 9,6% azalaraq 985,31 ton təşkil edib. Lakin yerli və idxal olunan xammaldan ümumi qızıl istehsalı 2,85% artaraq 534 min 106 tona çatıb.

Çinin iri şirkətləri xaricdəki mədənlərdən qızıl hasilatını da artırıb. 2024-cü ildə xaricdə hasil olunan qızılın həcmi 71 937 ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 19,1% çoxdur.

Xəbər lenti

Xəbər lenti