...

Bələdiyyələr nə vaxt icra başçılarının qoltuğundan çıxacaq? - Deputat

Cəmiyyət Materials 10 Fevral 2025 12:14 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bələdiyyələr nə vaxt icra başçılarının qoltuğundan çıxacaq? Nə qədər bələdiyyə sədri cinayətə cəlb olunub. Hesab edirəm ki, bələdiyyə sədrləri ilə icra başçıları da həmin cinayətlərdə şərikdirlər. Çünki bu gün Azərbaycanda faktiki olaraq bələdiyyələr icra başçısının icazəsi, tapşırığı, xeyir-duası olmadan qərar, obyekt, torpaq verə bilmir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, əhalini maraqlandıran əsas məsələ budur:

“Deputat həmkarlarım çıxışlarında çox gözəl məsələlərə toxundular. Deyilən fikirlərdə dolayısı ilə mənim səsləndirdiyim məsələlər də var idi. Mən bir az birbaşa dedim. Bələdiyyələr o vaxt keyfiyyətli, qanunun tələblərinə cavab verən şəkildə işləyəcəklər ki, onlar faktiki olaraq müstəqil tam fəaliyyət göstərəcəklər. Biz bunu gözləyirik.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti