Bakı. Trend:
Bələdiyyələr özlərinin imkanları, səlahiyyətləri daxilində torpaq, əmlak vergisi yığırlar. Lakin buna baxmayaraq, onların maliyyəsi bugünkündən 5 dəfə artıq ola bilər. Ancaq bunu edə bilmirlər. Elə bələdiyyə var ki, verginin 20, 30 faizini yığa bilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bunun üçün müəyyən mexanizm olmalıdır.
“Kimlər ödəniş etmirsə, bələdiyyələrin əlində onlara təsir mexanizmi olmalıdır. Təsir rıçaqı insanları məsuliyyətə cəlb etmə, onları incitmə məqsədi daşımamalıdır. Bu mexanizm bələdiyyələrin fəaliyyətinə çox yüksək təsir göstərə bilər”, - deyə Tahir Rzayev əlavə edib.