...

Peşə təhsili ilə bağlı güzəştlər bu şəxslərə də tətbiq ediləcək

Cəmiyyət Materials 12 Fevral 2025 14:31 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilən ərazilərdə məskunlaşan və məskunlaşmağı planlaşdıran şəxslər təkcə həmin coğrafiyada deyil, məsələn Bərdədə, Tərtərdə də peşə təhsili alanda güzəştlər onlara da tətbiq ediləcək.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, güzəştlərin əhatə dairəsi keçmiş məcburi köçkün statusuna malik şəxslərlə kifayətlənmir.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Dəyişikliklər qəbul olunacağı təqdirdə, 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti