Bakı. Trend:
Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 744 milyon manat vəsait ödənilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
"2025-ci ilin yanvar ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən təqribən 69 milyon manat və ya 10,21% çox olmaqla 744 milyon manat vəsait ödənilib",- deyə məlumatda qeyd edilib.