...

Süni intellektin tətbiqinə ən çox təhsil və səhiyyə sahələrində ehtiyac var - Vüsal Xanlarov

Cəmiyyət Materials 15 Fevral 2025 11:04 (UTC +04:00)
Süni intellektin tətbiqinə ən çox təhsil və səhiyyə sahələrində ehtiyac var - Vüsal Xanlarov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektə ən çox təhsil və səhiyyə sahələrində ehtiyac var.

Trend xəbər verir ki, bunu bu gün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin idarə rəisi Vüsal Xanlarov "Gənc müəllimlərin IV şəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.

O bildirib ki, son dövlər hər kəsin dilində olan suni intellekt mövzusu kifayət qədər aktuallaşıb.

"Süni intellektin tətbiqinə ən çox təhsil və səhiyyədə ehtiyac var. Artıq hər birimizin istifadə etdiyi süni intellekt daha əhatəli olacaq. Azərbaycanda nazirliklər bu istiqamətdə yeni layihələr həyata keçirir. Bu ilin sonunda Azərbaycana superkompüterlər gətiriləcək. Elm və Təhsil Nazirliyi bu ilə qədər təhsilin rəqəmsallaşdırılmasına dair yeniliklər ediblər.

Eyni zamanda pandemiya dövründə buradakı müəllimlər virtual məktəb layihəsindən istifadə ediblər. Cəmi 3 ay ərzində layihədən istifadə edənlərin sayə bir milyona çatıb. Bu da göstərir ki, rəqəmsallaşdırma bu yerdə əsas həll yoludur. Rəqəmsallaşdırma ilə bağlı yeniliklər təhsilin keyfiyyətinin artırılmasına yönəlib. Bu layihələrdən biri "Rəqəmsal məktəb" layihəsidir ki, bütün müəllimləri öz çətiri altına gətirib"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti