Bakı. Trend:
Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
“Biləcəri qəsəbəsi, N.Asimzadə küçəsində yeni çəkilmən qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə 18.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq”, - məlumatda qeyd edilib.