...

Regionlarda dövlət əsaslı sığınacaqlar açılacaq?

Cəmiyyət Materials 28 Fevral 2025 11:42 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Regionlarda dövlət əsaslı sığınacaqların açılması nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müşaviri Məftunə İsmayılova deyib.

O bildirib ki, hazırda 1 sığınacağın açılması istiqamətində işlər görülür:

"Sığınacağın yerləşmə yerinin məxfiliyi qorunur. Biz önümüzdəki dövrdə regionlarda dövlət əsaslı sığınacaqların yaradılmasını planlaşdırırıq".

Müşavir həmçinin əlavə edib ki, ölkə ərazisində sosial xidmətlər şəbəkəsi genişləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti