...

Bir həftə ərzində 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb - MÜTDA

Cəmiyyət Materials 4 Mart 2025 10:31 (UTC +04:00)
Bir həftə ərzində 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb - MÜTDA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti