...

TKT imtahanına qeydiyyat başlayıb

Cəmiyyət Materials 12 Mart 2025 11:11 (UTC +04:00)
TKT imtahanına qeydiyyat başlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat başlayıb.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 6 aprel 2025-ci ildir. İmtahan mayın 24-də keçiriləcək.

"Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

  • TKT Modul 1
  • TKT Modul 2
  • TKT Modul 3
  • TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)
  • TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edilib ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

İmtahana qeydiyyat linki:

https://eservices.dim.gov.az/iexams/az/login.aspx

Əlavə məlumat əldə etmək üçün suallarınızı [email protected] elektron poçtuna ünvanlaya bilərsiniz",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti