...

Şuşada bayram yarmarkası keçirilir (FOTO)

Cəmiyyət Materials 18 Mart 2025 12:07 (UTC +04:00)
Şuşada bayram yarmarkası keçirilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir.

Trend-in bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən yarmarkada müxtəlif şirkətlər və şuşalılar tərəfindən məhsullar çıxarılıb.

Yarmarkada Şuşa sakinləri ilə yanaşı qonaqlar da iştirak edir.

Novruz yarmarkası bir həftə davam edəcək.

Qeyd edək ki, Novruz bayramı münasibətilə Şuşa şəhərində silsilə tədbirlər nəzərdə tutulur. Belə ki, bu gün axşam saatlarında Qala qapısında “Şuşa baharı” adlı bayram tədbiri, martın 19-da “Güllü bağ”da Şuşanın tarixi şəxsiyyətlərinin obrazları ilə görüş və musiqi proqramı, martın 20-də şəhər meydanında incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti