Bakı. Trend:
Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.
Trend
xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili
üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib.
Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə
edir.
Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi
üzərindən həyata keçirilir.