...

Bakı avtovağzalından iki gün ərzində 28 minədək sərnişin daşınıb

Cəmiyyət Materials 21 Mart 2025 12:33 (UTC +04:00)
Bakı avtovağzalından iki gün ərzində 28 minədək sərnişin daşınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən iki gün ərzində 28 minədək sərnişin daşınıb.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

"Gücləndirilmiş rejimin iki günü ərzində rekord göstəricilər qeydə alınır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 760 reyslə 27 832 sərnişin daşınıb.

Rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib.

Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb", - qurumdan qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti