...

Bakıda qadın istintaq təcridxanasına psixotrop maddə keçirmək istədi, qarşısı alındı (FOTO)

Cəmiyyət Materials 31 Mart 2025 13:03 (UTC +04:00)
Bakıda qadın istintaq təcridxanasına psixotrop maddə keçirmək istədi, qarşısı alındı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti