...

Daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir – Deputat

Cəmiyyət Materials 11 Aprel 2025 12:28 (UTC +04:00)
Daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakim korpusunun həm böyük təcrübəyə malik, həm də gənc peşəkar hüquqşünaslarla komplektləşdirilməsinin nəticəsində hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışında bildirib.

Millət vəkili bildirib ki, yaxın zamanlarda daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatları gözlənilir.

“Hazırda hakimliyə namizədlər müsahibə mərhələlərində topladıqları ballara uyğun özlərinə vakant vəzifələri seçirlər. Son il yarım ərzində 93 hakimliyə namizəd bu qaydada seçim edib.

2023-2024-cü illərdə 281 hakim barəsində təyinatlar aparılmışdır. Maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, hazırda məhkəmə sistemində 164 qadın hakim çalışır”, - N.Səfərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti