...

ADY-də növbəti TƏYİNAT

Cəmiyyət Materials 15 Aprel 2025 11:02 (UTC +04:00)
ADY-də növbəti TƏYİNAT
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) məlumat yayıb.

Bildirilib ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.

Fərid Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində “Maliyyə və kredit ixtisası” üzrə bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes təşkili və idarə edilməsi ixtisası” üzrə magistr təhsili alıb.

2009–2017-ci illərdə “Azərpoçt” MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017–2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib.

2021–2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub.

ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2023-cü ildə fəaliyyətə başlayıb, şirkətin inkişafına mühüm töhfələr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti