Bakı. Trend:
2025-ci ilin aprel ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 864 400 nəfərdən çox olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 462 400 nəfərdən çoxunu aylıq sosial müavinət, 401 900 nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub. Onların 449 min nəfərdən çoxu aylıq sosial müavinət, 395 min nəfərdən çoxu isə təqaüd alanlar təşkil edib.