...

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin yeni görüntüləri yayımlanıb (FOTO)

Cəmiyyət Materials 21 May 2025 16:28 (UTC +04:00)
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin yeni görüntüləri yayımlanıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin görüntüləri yayımlanıb.

Trend xəbər verir ki, fotolar "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən paylaşılıb.

Qeyd edək ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti