...

Qarabağ Universiteti üzrə 2025-ci ildə qəbul planı artırılıb

Cəmiyyət Materials 23 May 2025 11:15 (UTC +04:00)
Qarabağ Universiteti üzrə 2025-ci ildə qəbul planı artırılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universiteti üzrə 2025-ci ildə qəbul planının 28.5% artırılaraq 1440 yerə çatdırılması regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı haqqında məlumat verən sədr ümumilikdə 60489 plan yerinin ayrıldığını qeyd edib.

Ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti