...

Aybəniz Haşımovanın qardaşı 3 il müddətinə həbs edilib (FOTO)

Cəmiyyət Materials 29 May 2025 16:47 (UTC +04:00)
Aybəniz Haşımovanın qardaşı 3 il müddətinə həbs edilib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə istintaq başa çatıb.

Trend xəbər verir ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” edərək sağlamlıqlarını bərpa edəcəyini deyərək aldadıb.

O heç bir lisenziyası olmadan Rusiyada altıaylıq kurs keçərək sözügedən fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alaraq dələduzluq edib.

Quba Rayon Məhkəməsinin qərarı ilə Şaiq Həşimov dələduzluqda təqsirli bilinərək ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib. Məhkəmənin qərarı ilə onun cəzası 21 fevral 2024-cü il tarixdən hesablanacaq.

Qeyd edək ki, Şaiq Həşimov Əməkdar artist Aybəniz Haşımovanın qardaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti