...

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “SOCAR Karbamid” zavoduna media-tur təşkil olunub (FOTO)

Cəmiyyət Materials 21 İyul 2025 14:51 (UTC +04:00)
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “SOCAR Karbamid” zavoduna media-tur təşkil olunub (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün SOCAR-ın təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “SOCAR Karbamid” zavoduna media-tur təşkil olunub.

Trend xəbər verir ki, otuza yaxın media qurumundan nümayəndələrin iştirak etdiyi turda ilk öncə SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin rəisi İlahə Novruzova media-tur iştirakçılarını salamlayaraq, Milli Mətbuat Günü ilə bağlı təbrik edib.

Departament rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunduğunu bildirib. Bu xüsusda, SOCAR-ın təşəbbüsü ilə “SOCAR Karbamid” zavoduna media-turun və bayram tədbirinin təşkil olunduğunu qeyd edib.

Media-tur iştirakçıları təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra “SOCAR Karbamid” zavodunun “ağıllı kimya” və “açıq anbar” sahələrində olub, burada rəqəmsal texnologiyalardan istifadə olunmaqla həyata keçirilən istehsalat prosesi barədə məlumat əldə ediblər.

Zavodun baş texnoloqu Şöhrət Mirzəyev, baş metroloqun müavini İlkin Hacıyev tərəfindən media nümayəndələrinə zavodun ümumi fəaliyyəti, rəqəmsal transformasiya layihəsi, istehsalat proseslərinin avtomatlaşdırılması üzrə görülən işlərə dair məlumat verilib, müvafiq təqdimat edilib.

Daha sonra media nümayəndələri muğam triosunun ifasında konsert proqramını izləyiblər.

Sonda media nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub, birgə foto çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti